Opsion seriyası

Option series Müəyyən qiymətli kağız üzrə eyni qiymətə və eyni müddətə malik bir sinifə aid olan (məsələn, bütün “Put” opsionları) opsionlar.
Opsion sahibi
Opsion spred
OBASTAN VİKİ
Opsion
Binar opsion
Binar opsion (təyin edilmiş gəlir opsionu) – təyin edilmiş vaxtda təyin edilmiş şərtlərin həyata keçirilməsindən asılı olaraq ya gəlirin təyin edilmiş həcmini təmin edir, ya da heç bir gəlir gətirmir. Opsion əvvəlcədən təyin edilmiş qiymət üzrə alındığından ümumi nəticə ya müsbət, ya da mənfi olacaq. Qaydalara əsasən, müsbət nəticənin həcmi mənfi nəticədə olduğundan aşağıdır. Binar opsionlar müqavilə bağlanmadan öncə ödəniş həcmini və mümkün riskləri dəqiq olaraq öyrənmək imkanı verir ki, bu da çoxlu sayda ticarət əməliyyatını asanlıqla idarə etmək imkanı qazandırır. Hesablamanın asan olması üçün adətən, həyata keçirilmiş opsion üçün 100, həyata keçirilməmiş opsion üçün isə 0 təyin edilir. Əgər dəyəri 10 olan opsion alınıbsa, onun həyata keçirilməsi zamanı opsionun dəyəri 100-ə bərabər qəbul edilir və treyder məhz bu məbləği əldə edir. Yox əgər opsion həyata keçməyibsə onun dəyəri 0-dır və treyder heç nə əldə etmir. Bəzi ticarət platformalarında opsionun həyata keçməməsi halında onun alınmasına sərf edilmiş vəsaitin 15%-nin geri qaytarılması mümkündür. Əgər opsion qiymətin enmə/qalxma mərhələsində olarsa, lakin etalon qiymətə bərabər həddə bağlanarsa treyderə ilkin məbləğin hamısı və ya bir hissəsi qaytarıla bilər (bu müqavilənin şərtlərindən asılıdır). Bazarın cari vəziyyətindən asılı olaraq binar opsionun alış/satış qiyməti arasında böyük fərq ola bilər.
Call-opsion
Opsion müqaviləsi
Opsion müqaviləsi — (ingilis dilindən tərcümədə option - seçim) onun tərəflərinə alternativ (seçim) təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə tərəflərinin birinə məxsus olur və digər kontragentin iradəsindən asılı deyildir. Məhz bu seçim imkanı üçün tərəflərdən biri digərinə opsion mükafatı (option premium) ödəyir. Yəni ödəyən şəxs seçim hüququnu (opsionu) əldə edir. Opsion müqaviləsinə müxtəlif korporativ münasibətlərin tənzimlənməsində rast gəlmək olar. Opsion hüququnu müəyyən edən şərtlərə, əsasən, özəl investisiyalar (private equity), riskli kapital (venture capital) və investisiya yatırımları çərçivəsində bağlanan müqavilələrdə əks olunur. Almaniya hüququnda opsion müqaviləsi (optionsvertrag) geri çağırılmayan (geri götürülə bilməyən) oferta kimi qiymətləndirilir. Opsion müqaviləsinə bu yanaşma ABŞ hüququnda da var. Opsion müqaviləsi sahibkarların tam praktiki məqsədlərini güdür. Biznes sahibləri və investorlar opsion vasitəsilə öz kapitallarının və korporativ nəzarətin çevik idarəetmə imkanlarını əldə edirlər.
Put-opsion
Alış üçün opsion
Alış üçün opsion — müəyyən hallarda və müəyyən şəraitdə səhmdarların bəzi şirkətlərin səhmlərini aşağı qiymətə almaq hüququnun təmin edilməsi. Bu həmçinin, müəyyən şəxsin məhsulu ya müəyyən səviyyəli qiymətə, ya da müəyyən tarixə qədər almaq hüququdur. Satıcı həmin tarixə qədər bu malı heç bir başqa alıcıya satmamağı və onu satışdan çıxarmamağı öhdəyə götürür.
Born seriyası
Born ilk dəfə 1980-ci illərdə Amerika yazıçısı Robert Ludlum tərəfindən nəşr edilmiş üç kitabdır. Daha sonra bu kitablardan ekranlaşdırılmış şəkildə Mett Deymonun baş rolda olduğu bədii filmlər çəkilmişdir.
Ciovyo Seriyası
Ciovyo Kolleksiyası və ya Ciovyo Portretləri kimi tanınan Ciovyo Seriyası 16-cı əsrin italyan intibah dövrü tarixçisi və bioloqu Paolo Covio tərəfindən yığılmış 484 portretdən ibarət bir seriyadır. Ədəbi şəxsiyyətlərin, hökmdarların, dövlət xadimlərinin və digər şəxslərin portretləri vardır. Ciovyo məşhur adamların ictimai arxivi kimi nəzərdə tutulan bu kolleksiyanı ilk olaraq Komo gölü sahilində yerləşən xüsusi bir muzeydə yerləşdirib.Orjinal kolleksiyanın zədələnməsinə baxmayaraq I Kosimo de Mediçi üçün hazırlanmış bir nüsxəsi indi Florensiyanın Uffitsi qalereyasında daimi bir evə malikdir. Ciovyo ilk olaraq Roma şəhərində karyerasını davam etdirmək üçün məmləkəti Komonu tərk etdikdən sonra 1512 civarında portret toplaya bildi. Əvvəl yazıçılara yönəldilmiş kolleksiya hərbiçilər, krallar, papalar, rəssamlar və hətta bir neçə tanınmış qadınları əhatə etmişdir. Seriya öz zamanındakı məşhur adamları da ehtiva edirdi. Ciovyonun qalereyası daimi bir ictimai qeyd kimi xidmət etmək üçün nəzərdə tutulmuşdur və onun dəqiqliyi haqqında diqqətli olmuşdur. İdeallaşmış portretlər kifayət deyil. O, mümkün olduğu qədər həyatdan çəkilmiş portretləri üstünlük verdi. Belə olmadığı təqdirdə sikkələrdən, büstlərdən və ya əvvəlki həyat portretlərindən hazırlanan bənzərliklər qəbul edilmişdir .
A seriyası bombardirləri
Aİtaliya A Seriyası "Qızıl butsu" titulu Mövsum sonunda futbol üzrə İtaliya çempionatında ən çox qol vurmuş oyunçuya verilir. Digər adı Capocannoniere (ital.: [ˌkapokanːoˈnjɛːre] ) adlanır. Bir mövsumdə ən çox qol vurma rekordu Cino Rossetti , Qonsalo Hiquain və Çiro İmmobileyə məxsusdur. Bu futbolçular bir mövsumə 36 qol vurublar. Hamıdan çox bombardir olmuş futbolçu isə Qunner Nordaldır. O, 1949/50, 1950/51, 1952/53, 1953/54, 1954/55 mövsumləri olmaqla 5 dəfə bu titula sahib olub. A seriyasının ən yaxşı bombardirləri: Bu titulu 17 dəfə Milan klubunun futbolçuları qazanıb . Bunlardan ən sonuncusu 2012-ci ildə Zlatan İbrahimoviç olub Çiro İmmobile iki fərqli klub ilə bu titulu qazanıb.
Alatoran (romanlar seriyası)
Alatoran (ing. Twilight) — məşhur romanlar seriyası, amerikan yazıçı Stefani Mayer tərəfindən yazılıb. 1. Qanunsuz nəşrin ili.
Cadugər (romanlar seriyası)
Cadugər (pol. Saga o wiedźminie) — Polşalı yazıçı Andjey Sapkovski tərəfindən yazılmış Gerlat Of Rivia (Rivialı Geralt) adındakı canavar(bədheybət) ovçusu haqqında fantastik janrda hekayə və roman seriyası/ == Mövzu == Sapkovskinin kitablarında "Witcher", canavarlar ilə savaşmaq üçün, gənc yaşda qılınc dərsləri alan və böyük mutasiyalar keçirən canavar ovçusudur. Diqqətə çarpan xüsusiyyətləri pişiyəoxşar gözləri, kürəklərində daşıdıqları 2 uzun qılınc (biri canavarlar, biri insanlar üçün) və təhsil aldıqları məktəbin boyunbağıdır (Geraltın təhsil aldığı məktəb qurd məktəbi adlanır). Bu kitablar bir film , bir televiziya serialı , video oyunu seriyası, vizual roman və "Witcher Saga" olaraq da bilinən roman seriyası şəklində təqdim edilib.Hekayələr və romanlar İngilis dili də daxil olmaqla, bir çox dillərə tərcümə olunub. == Kitablar == The Witcher qısa hekayələri, 1980-ci illərin əvvəlində Fantastyka adındaki polşa jurnalında yayınlanırdı. İlk hekayə "Wiedźmin" ("The Witcher") (1986), jurnal tərəfindən təşkil edilən müsabiqə üçün yazılmışdı və üçüncü yeri qazanmışdı. Sehrbaz Geralt haqqındaki ilk dörd hekayə, 1990-cı ildəki qısa hekayə kolleksiyası olan Wiedźmin ilə başlamışdı. Çıxış adı "Droga, z której się nie wraca" ("Qayıdışı Olmayan Bir Yol") olan seriya Witcher hekayələrinin başındaki dünya və Geraltın ailəsi haqqındadır. İkinci nəşr olunan qısa hekayə kolleksiyası Miecz przeznaczenia (Taleyin Qılıncı)-dır. Ostatnie życzenie (Son Arzu), Taleyin Qılıncından sonra nəşr olunmasına baxmayaraq, "Qayıdışı Olmayan Bir Yol" istisna olmaqla (Geraltsız tək hekayə) bütün Witcher hekayələrini topladığı üçün ilk kitab olaraq qəbul edildi.
Fallout (oyun seriyası)
Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur. Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır. "Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.
Forsaj (filmlər seriyası)
Forsaj (həmçinin Sürətli və Qəzəbli kimi tanınır) media françayzinqi kəşfiyyat filmləri silsiləsi üzərində qurulmuşdur., əsasən qanunsuz küçə yarışları, soyğunçular, casuslar və ailə ilə əlaqəlidir. Franşizaya həmçinin qısametrajlı filmlər, televiziya serialları, canlı şoular, video oyunlar və mövzu parkı attraksionları daxildir. Universal Pictures tərəfindən paylanır. ilk filmi 2001-ci ildə buraxıldı, bu film qeyri-qanuni küçə yarışlarına fokuslanan filmlərin orijinal tetralogiyasına başladı və Forsaj 4 (2009). Serial Forsaj 5: Rio soyğunu (2011) ilə heists və casusluq istiqamətlərinə keçdi və ən son ilə dörd davam filmi izlədi. Forsaj 9, 2021-ci ildə buraxılıb. Serialı yekunlaşdırmaq üçün onuncu və on birinci filmin çəkilməsi planlaşdırılır və əsas filmlər birlikdə The Fast Saga kimi tanınır. Universal serialı Sürətli və Qəzəbli: Hobs və Şou (2019) spin-off filmini əhatə etməklə genişləndirdi, onun törəmə şirkəti DreamWorks Animation bunu cizgi filmi ilə izlədi. Axar televiziya seriyası Sürətli və Qəzəbli Casus Yarışçılar. Bütün filmlər üçün soundtrack albomları, eləcə də filmlərdə eşidilən mövcud musiqiləri ehtiva edən kompilyasiya albomları buraxılmışdır.
IETF sənədlər seriyası
IETF sənədlər seriyası (ing. Request for Comments) – İnternetin “quruluşunu” (məsələn, TCP/IP standartlarını) müəyyən edən IETF sənədlər seriyası (standartlar, təlimatlar, işçi qrupların hesabatları və s.). ISOC üzvü olan istənilən şəxs RFC-də dərc olunmaq üçün sənədi müzakirəyə təqdim edə bilər. Dərc olunan sənədə nömrə verilir. Dərc olunmuş variant heç vaxt dəyişdirilmir, dəyişdirilmiş variant yeni nömrə alır, ona görə də verilmiş standartın son RFC-lərini tapmaqda problem olur. 1969-cu ildən buraxılışına başlanmış belə sənədlərin sayı bir neçə mindir. RFC ödənişsizdir və hamı üçün açıqdır. Standart kimi nəzərdən keçirilən sənəd standartın işlənib hazırlanması, testlənməsi və təsdiqinin bütün mərhələləri keçir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uncharted (oyun seriyası)
Uncharted, Naughty Dog tərəfindən hazırlanan və PlayStation konsolları üçün Sony Interactive Entertainment tərəfindən nəşr olunan, bir döyüş-macəra üçüncü-şəxs atıcı platforma videooyun seriyası. Seriyada Nolan Nortun səs və hərəkəti, müxtəlif tarixi sirrləri ortaya çıxarmaq üçün dünya üzrə səyahət edən xarizmatik amma üsyançı bir xəzinə ovçusu olaraq canlandırdığı Neytan (Neyt) Dreyki izləyir. Əsas seriya 2007-ci ildə PlayStation 3-də Uncharted: Drake’s Fortune ilə başladı, ardından 2009-cu ildə Uncharted 2: Among Thieves, 2011-ci ildə Uncharted 3: Drake’s Deception və son olaraq 2016-cı ildə Uncharted 4: A Thief’s End satışa çıxarıldı. 2011-ci ildə seriyanın önbölümü olan Uncharted: Golden Abyss Sony-nin PlayStation Vita əldə daşına bilən sistemində satışa çıxarıldı. Bundan sonra 2012-ci ilin sonlarında Uncharted: Fight for Fortune adlı bir kart oyunu satışa çıxarıldı. Əsas seriyadakı dörd oyun, jurnalistlər və videooyun nəşr edənləri tərəfindən, xüsusilə də bütün zamanların ən yaxşı videooyunlarından biri olaraq qəbul edilən Uncharted 2: Among Thieves, böyük maraqla qarşılandı. Oyun araşdıranlar, yüksək istehsal dəyərləri, hekayə izahatı keyfiyyəti, xarakter dizaynı və animasiyası, səsli aktyorluğu, gərçəkçi qrafika, texniki yeniliklər, musiqi balı, oyun mexanikası və oyunçulara kefli sinema hissi verən bir oyun təcrübəsi təqdim edərək oyunları təriflədi. Jurnalistlər, Hollivudun çıxardığı döyüş-macəra filmlərinə müqayisədə bənzədilərək, xüsusilə də İndiana Cons filmləri ilə bənzərlik daşıyır. Uncharted 4: A Thief’s End-ün satışa çıxılışından əvvəl seriya 28 milyonun üzərində kopiya satdı və dördüncü oyun 8.7 milyondan çox kopiya sataraq seriyanın ən çox satan oyunu olmuşdu. Uncharted oyunlarının tənqidi və kommersiya uğuru, yeddinci və səkkizinci nəsil videooyun konsolları əsnasında PlayStation'un müvəffəqiyyəti üçün əhəmiyyətli bir rol oynamışdır və Naughty Dog'un dünyadakı ən hörmətli və istedadlı videooyun hazırlayanlarından biri olma şöhrətini qaldırmaq köməkçi olmuşdur.
İtaliya A Seriyası
İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən) Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM. 2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir. Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir.
İtaliya B Seriyası
İtaliya B Seriyası — İtaliya futbol liqalarının ikinci səviyyəsidir. 1929-cu ildən etibarən keçirilir.
İtaliya C1 Seriyası
İtaliya C1 Seriyası — İtaliya futbol liqalarının üçüncü səviyyəsidir. 1935-cu ildən etibarən keçirilir. Klublar 16 və 17 olaraq iki qrupa bölünür.
İtaliya C Seriyası
C Seriyası (italyanca [ˈsɛːrje ˈtʃi]() — İtaliya futbol liqası sistemində İtaliya B Seriyası və A Seriyasından sonra üçüncü ən yüksək diviziondur. "Lega Italiana Calcio Professionistico" (Lega Pro) C Seriyasını idarə edən idarəedici orqandır. 2014-cü ildə "Lega Pro Prima Divisione" və "Lega Pro Seconda Divisione" liqalarının, "Lega Pro Divisione Unica"(çox vaxt Lega Pro kimi də qısaldılır) kimi birləşdirilməsi 1935–1978-ci illər arasında mövcud olan (C1 və C2 liqalarına bölunməmişdən əvvəl) orijinal C Seriyasının formatını yenidən bərpa etdi. 25 may 2017-ci ildə Lega Pro assambleyası yarışın ilkin adına C Seriyasına qayıtmasını yekdilliklə təsdiqləyir. Regional liqalardan yuxarı olan üçüncü divizion ilk dəfə 1926-cı ildə İtaliyada faşist hakimiyyəti milli əsasda əsas çempionatları islahat etmək qərarına gələndə yaradılır. Bu İkinci Divizionu idarə edən yeni liqa, Direttorio Divisioni Inferiori Nord (Aşağı Divizionların Şimal Direktoru) adı ilə Genuyada qurulur. Ölkənin cənub hissəsindəki futbol fəaliyyəti isə sonradan Direttorio Meridionale adlandı və Direttorio Divisioni Inferiori Sud tərəfindən idarə edildi. Ancaq bu liqaların ömru uzun sürmur. Baş verən başqa bir islahatdan sonra onlar 1930–1931-ci illər arasında ləğv edildi. Ölçüləri 100x60 metr olan böyük meydançalara sahib olan bəzi daha böyük klublar, 1929-cu ildə yaradılmış Birinci Diviziona (Prima Divisione) yüksəldilər.
SAFİR T-seriyası
SAFİR T-seriyası — Tüfəng Türkiyə istehsalıdır. Bu tüfəng "Safir Armas" şirkəti tərəfində "M16 colt" avtomatının bazasında istehsal olunan "T-14" ov tüfəngidir.
Forsaj (film seriyası)
Forsaj (həmçinin Sürətli və Qəzəbli kimi tanınır) media françayzinqi kəşfiyyat filmləri silsiləsi üzərində qurulmuşdur., əsasən qanunsuz küçə yarışları, soyğunçular, casuslar və ailə ilə əlaqəlidir. Franşizaya həmçinin qısametrajlı filmlər, televiziya serialları, canlı şoular, video oyunlar və mövzu parkı attraksionları daxildir. Universal Pictures tərəfindən paylanır. ilk filmi 2001-ci ildə buraxıldı, bu film qeyri-qanuni küçə yarışlarına fokuslanan filmlərin orijinal tetralogiyasına başladı və Forsaj 4 (2009). Serial Forsaj 5: Rio soyğunu (2011) ilə heists və casusluq istiqamətlərinə keçdi və ən son ilə dörd davam filmi izlədi. Forsaj 9, 2021-ci ildə buraxılıb. Serialı yekunlaşdırmaq üçün onuncu və on birinci filmin çəkilməsi planlaşdırılır və əsas filmlər birlikdə The Fast Saga kimi tanınır. Universal serialı Sürətli və Qəzəbli: Hobs və Şou (2019) spin-off filmini əhatə etməklə genişləndirdi, onun törəmə şirkəti DreamWorks Animation bunu cizgi filmi ilə izlədi. Axar televiziya seriyası Sürətli və Qəzəbli Casus Yarışçılar. Bütün filmlər üçün soundtrack albomları, eləcə də filmlərdə eşidilən mövcud musiqiləri ehtiva edən kompilyasiya albomları buraxılmışdır.
Şöhrət (film seriyası)
Şöhrət (Hanqıl: 더 글로리) — Kim Eun-sook tərəfindən yazılmış və Netflix üçün Ahn Gil-ho tərəfindən idarə olunan Cənubi Koreya yayımlanan televiziya serialıdır. Song Hye-kyo, Lee Do-hyun, Lim Ji-yeon, Yeom Hye-ran, Park Sung-hoon və Jung Sung-il ansamblın heyətini tamamlayırlar. Birinci hissə 30 dekabr 2022-ci ildə buraxıldı, ikinci hissə isə 10 mart 2023-cü ildə premyerası oldu, həm tənqidi bəyənmə, həm də tamaşaçıların uğuru. O , 59-cu Baeksang İncəsənət Mükafatında səkkiz nominasiya qazandı və üç qalib oldu — Ən Yaxşı Dram, Song Hye-kyo üçün ən yaxşı aktrisa və Lim Ji-yeon üçün ən yaxşı köməkçi qadın rolu oldu.
2024 FIFA seriyası
2024 FIFA Seriyası (ing. 2024 FIFA Series) — FIFA tərəfindən müxtəlif qitə konfederasiyalarından olan milli komandaların dəvət olunduğu və yoldaşlıq görüşlərinin keçirilməsindən ibarət olan FIFA seriyası yarışlarının hal-hazırda davam etməkdə olan ilk yarışıdır. Yarış 21–26 mart 2024-cü il tarixlərində beş ev sahibi ölkədə keçirilməsi nəzərdə tutulan beş fərqli seriyadan ibarət olacaq. Yoldaşlıq yarışı ilk dəfə 2022-ci ilin dekabrında "FIFA World Series" adı altında FİFA təşəbbüsü kimi elan edilmiş və daha sonra FIFA prezidenti Canni İnfantino tərəfindən 16 mart 2023-cü ildə FİFA-nın 73-cü Konqresində yenidən bu vəzifəyə seçildikdən sonra təsdiq edilmişdir. Yarış, altı konfederasiyanın kişi milli komandalarını cüt illərin mart ayında FIFA matçları pəncərəsində bir sıra yoldaşlıq turnirlərində bir araya gətirəcək. Müsabiqə FIFA-nın üzvü olan assosiasiyalara digər konfederasiyaların komandaları ilə daha müntəzəm oynamağa imkan verməklə onlara "vacib oyun imkanı" təqdim etmək məqsədi daşıyır və bu, daha böyük texniki inkişaf imkanlarına şərait yaradır. O, həmçinin üzv assosiasiyaları əlavə kommersiya imkanları və əlaqələrlə təmin etmək üçün nəzərdə tutulub. 2024-cü il yarışları müsabiqə üçün pilot mərhələ kimi çıxış edəcək. Misirdən başqa (ən son əlavə edilib) hər seriyada bütün konfederasiyalararası oyunlar tərəflər arasında ilk beynəlxalq görüş olacaq. 2024-cü ildə keçiriləcək müsabiqədə aşağıdakı komandalar iştirak edəcək.
BT (tank seriyası)
BT seriyalı tanklar və ya BT tank seriyası — (Rusca: Быстроходный танк; Rom: Bystrokhodnıy Tank; Azərbaycanca → Sürətli tank) 1932–1941-ci illər arasında SSRİ tərəfindən böyük miqdarda istehsal edilmiş, süvari tank sinfi də adlandırıla bilən yüngül dərəcəli tank idilər. Yüngül olmasına baxmayaraq, yaxşı silahlandırılmış olan bu model tanklar öz sinfində tanklar arasında ən yaxşı hərəkət qabiliyyətinə malik tanklar idilər. Qırmızı Ordu daxilində onlara qısaca Betka, daha kiçik modellərinə isə Betuşka deyilirdi. Tankın asqı sistemi Christie asqı sistemi olub, əməliyyat mənzili 200 km, maksimum sürəti isə saatda 72 km təşkil etmişdir. BT tankları konvertasiya edilə bilən (dəyişdirilə bilən) tank modelləri idilər. 1930-cu illərdə konstruktor J. Walter Christie çıxarıla bilən tırtılları olan bir tank üzərində işləməyə başlamışdır. Nəhayət, ekipajı tərəfindən 30 dəqiqə ərzində tamamilə tırtılları çıxarıla bilən və magistral yolda sadəcə olaraq təkərləri üzərində hərəkət edə bilən bir tanka çevrilə bilən bu model ortaya çıxmışdır. Bu yolla tank off-road yolda olduğu kimi magistralda da sürətlə hərəkət edə bilirdi. Tırtılları olmadan tankı, ön təkərləri hərəkət etdirirdi. 1930-cu ildə Sovet kənd təsərrüfatı təşkilatı kimi tanınan AMTORG-a bağlı OGPU və GRU kəşfiyyat xidməti agentləri Nyu Yorkdakı siyasi və hərbi hakimiyyəti razı salaraq Amerika istehsalı olan Christie tankının planlarını və texniki xüsusiyyətlərini əldə etdilər.
Fallout (video oyun seriyası)
Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur. Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır. "Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir.

Значение слова в других словарях